Rusiyanın Ukraynada martın 14-nə qədər olan itkiləri açıqlandıbackend

Fevralın 24-dən martın 14-nə qədər Ukraynada gedən döyüşlərdə Rusiya ordusunun 12 mindən artıq hərbçisi öldürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Sözügedən dövr ərzində həmçinin Rusiya ordusunun 77 təyyarəsi, 90 helikopteri, 389 tankı, 1249 zirehli döyüş maşını, 150 artilleriya sistemi, 34 HHM sistemi, 64 reaktiv yaylım atəş sistemi, 60 yanacaq-sürtkü materialları çəni, 8 kəşfiyyat PUA-sı, üç kateri, 617 avtomobil texnikası məhv edilib.

Mənbə: Korrespondent.net