Trampın müşavirləri dollardan uzaqlaşan ölkələrə qarşı sanksiyaları müzakirə edirlərbackend

ABŞ-ın keçmiş prezidenti və Amerika lideri postuna namizəd Donald Trampın müşavirləri xarici ticarətdə ABŞ dollarından istifadə etməkdən imtina edən ölkələrə qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə edirlər. Bu barədə Bloomberg yazır.

“Dollardan başqa valyutalarla aktiv şəkildə ikitərəfli ticarət aparan həm müttəfiqlər, həm də düşmənlər üçün cəza variantları nəzərdən keçirilir. Bu tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyası iddiaları və tariflərin tətbiqi daxil ola bilər”, – deyə agentlik bildirib.

Donald Tramp seçkidə qalib gələrsə, onun komandası de-dollarizasiya prosesinin bir hissəsi kimi ticarətlərində milli valyutaların istifadəsini aktiv şəkildə artıran BRİKS ölkələrini hədəf almağı planlaşdırır.

Mənbə: Bloomberg