Çinin xarici işlər naziri Van Yi Pekində ABŞ dövlət katibi Blinkenlə görüş keçirib. Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hər iki tərəfi maraqlandıran məsələlərin müzakirəsindən sonra xarici əlaqələr idarələrinin rəhbərlərinin iştirakı ilə işgüzar nahar keçiriləcək.
Bir gün əvvəl Blinkenin Pekinə gəldiyi məlum olub. ABŞ nümayəndəsinin Çinə işgüzar səfəri aprelin 24-də Şanxaya səfəri ilə başlayıb. Qeyd olunub ki, dövlət katibi aprelin 26-dək Çində olacaq.
Mənbə: A Haber