Stoltenberq NATO-nun Rusiya Federasiyası ilə qarşıdurmada Almaniya və İngiltərə ilə həmrəy olduğunu açıqlayıbbackend

NATO müttəfiqləri Rusiyanın öz ərazilərindəki “düşmənçilik fəaliyyətini” yatırmaq məsələsində Almaniya və Böyük Britaniya ilə həmrəydir. Publika.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

Berlində keçirdiyi mətbuat konfransında Stoltenberq xatırladıb ki, bu yaxınlarda Almaniya və Böyük Britaniyada bir qrup şəxsə casusluq, təxribat və Rusiyayönümlü fəaliyyətlərdə ittiham irəli sürülüb. NATO-nun baş katibi onların hərəkətlərini “təhlükəli və qəbuledilməz” adlandıraraq, müttəfiqlərin bu məsələdə həmrəy olduqlarını bəyan edib.

Aprelin 18-də Almaniyada Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən şəxslər həbs edilib. Müstəntiqlərin fikrincə, onlar Ukraynaya yardımda iştirak edən hərbi və sənaye obyektlərini yandırmağa və partlatmağa hazırlaşırdılar. Mümkün hədəflər arasında ABŞ ordusunun ukraynalı həmkarlarına Abrams tanklarını idarə etmək üçün təlim keçdiyi hərbi poliqon daxildir.

Mənbə: Publika.az