“15-ci Petersberq İqlim Dialoqu”nun ikinci günü başlayır.
“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə çıxışı gözlənilir.
Xatırladaq ki, Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşü gözlənilir.