“15 iyun–Milli Qurtuluş günü”nə həsr edilmiş onlayn bayram tədbiri keçirilib – Fotolarbackend

13 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgətəşkilatçılığı ilə “15 iyun–Milli Qurtuluş günü”nə həsr edilmiş onlayn bayram tədbiri keçirilmişdir.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Dünya Yaddaş Federasiyasının Azərbaycan təmsilcisi, Utrain Şəxsi İnkişaf Mərkəzinin rəhbəri Mirşahin Əlizadə, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, YAP İmişli rayon Təşkilati Gənclər birliyinin sədr muavini Malik Ağazadə, “AirMix “grup könüllülər üzrə sədri Xəyalə Həsənova, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, müavinləri və fəal gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
Onlayn tədbirin sonunda müğənni Cavid Hüseynov vətənpərvər mahnılar ifa edərək tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi.

İctimai.az