2 universitetdə tələbələr koronavirusa yoluxdubackend

Azərbaycan Texniki Universitetində ötən həftəsonu üç tələbənin koronavirus (COVID-19) testi pozitiv çıxıb.

İctimai.az-ın məlumatına görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

Daha bir universitetdə iki qrup üzrə dərslər onlayn formata keçirilib.

Bakı Dövlət Universitetinin SABAH qruplarında olan iki qrupda tələbələr arasında koronavirus aşkarlanıb. Həmin qruplar distant təhsilə keçib.