Bakı Avrasiya Universitetində Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilibbackend

Bu gün Bakı Avrasiya Universitetində Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru Siyasi elmlər doktoru,professor Gülzar İbrahimova 18 oktyabr tarixinin xalqımızın həyatındakı rolundan və ölkə başçısının bu tarixi günlə bağlı vacib fərmanından danışdı.. Daha sonra çıxış edən millət vəkili Vüqar İskəndərov tələbələrə müstəqillik tariximizin keçməkeşli dövrlərini xatırladaraq gənclərə xitabən,bu günki tarixi missiyanın əhəmiyyətinə diqqət çəkib.

Öz növbəsində universitetin beynəlxalq əlaqələr üzrə prorektoru,siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Səyavuş Qasımov da 1991-ci il dekabrın 29-da ümumxalq referendumu ilə məsələnin müzakirəyə çıxarılmasından və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verməsindən danışıb.

Tədbir tələbələrin çoxsaylı suallara cavabları ilə yekunlaşıb.