“2020-2021 – Yeni çağırışlar, yeni hədəflər, yeni uğurlar” mövzusunda onlayn görüş keçirilibbackend

18 sentyabr 2020-ci il tarixdə “2020-2021 – Yeni çağırışlar, yeni hədəflər, yeni uğurlar” mövzusunda gənclərin onlayn görüşü keçirilmişdir.

Konfransda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Bakı Avrasiya Universiteti Rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Xoşbəxt Ələkbərzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Elmira Həsənova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Fuad Babayev, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, Bakı Avrasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sübhan İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının üzvü Əli Məhəmmədəlili, “Odlar Yurdu” Kollecin Tələbə-Gənclər Təşkilatının sədr əvəzi Nigar Məsimova, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədr müavini Məhəmməd Zülfüqarlı, Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədr əvəzi Ləman Əhmədli və fəal gənclər iştirak etmişlər.
Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsi, könüllülük hərəkatının inkişafı və 2020-2021-ci tədris ilində keçiriləcək tədbirlərin, görüləcək işlərin müzakirəsi olmuşdur.
Onlayn görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Çıxış edən görüş iştirakçıları 2020-2021-ci tədris ili üçün müxtəlif təkliflər səsləndiriblər, müzakirələr aparıblar. Çıxışlarda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub.

İctimai.az