Nərimanov rayonunda “Təcrübə Akademiyası”nın bağlanışı keçirilibbackend

14 sentyabr 2020-ci il tarixdə “Təcrübə Akademiyası”nın bağlanış və iştirakçıların mükafatlandırma mərasimi keçirilib.

Bağlanış mərasimində gəncləri salamlayan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, Təcrübə Akademiyası gənclərin iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, öz hüquqlarının öyrənməsinə və təlimçilər, trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, gənclərin liderlər kimi yetişməsinə xidmət etmişdir.
Qeyd edək ki, Təcrübə Akademiyası çərçivəsində 07-11 sentyabr 2020-ci il tarixlərində Ü.Bünyadzadə küçəsi, 19 ünvanında açıq havada liderlik, motivasiya, komanda ilə iş, layihələrin yazılması mövzularda təlimlər keçirilmişdir.
Sonda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən Təcrübə Akademiyasını uğurla başa vuran gənclərə sertifikatlar verilmişdir.

İctimai.az