Dünyadakı bütün dollar milyonçularının ümumi sərvəti 2023-cü ilin sonunda 4,7% artıb. Bu barədə “İnterfaks” illik World Wealth Report-a istinadən yazır.
Hesabat bu insanların ümumi sərvətinin rekord həddə çataraq 86,79 trilyon dollara çatdığını göstərir. Bunun sayəsində dollar milyonçuları 2022-ci ildə ümumi sərvətlərindəki 3,6% azalmanı geri ala bildilər.
Eyni zamanda dollar milyonçularının sərvəti ən çox Şimali Amerika ölkələrində artıb. Müvafiq göstərici 7,2% artaraq 27,5 trilyon dollar təşkil edib. Reytinqdə ikinci yeri Asiyadan olan zənginlər tutub, onların məcmu kapitalı 4,2% artaraq 25,7 trilyon dollara çatıb.
Mənbə: İnterfaks