Çində tələbin azalması səbəbindən 2024-cü ildə iPhone satışları 15% azala bilər. Bu barədə TF International Securities şirkətinin tanınmış insayderi və analitiki Ming-Chi Kuo Medium saytındakı bloqunda məlumat verib.
Kuonun sözlərinə görə, 2024-cü ildə Apple iPhone istehsalı üçün 200 milyon ədəd daha az yarımkeçirici komponentlər sifariş edəcək, yəni smartfon tədarükü illik müqayisədə 10-15% azalacaq. Kuo hesab edir ki, Apple-ın bu qərarını Çində iPhone-a tələbatın azalması, həmçinin premium smartfon bazarının seqmentasiyası diktə edir. Sonuncu halda bu o deməkdir ki, flaqman modelləri üçün bazarda bu və ya digər dərəcədə potensial iPhone alıcılarının diqqətini cəlb edən qatlanan ekranlı qurğular peyda olub.
Bu proqnoza əsaslanaraq, TF International Securities-in analitiki hesab edir ki, 2024-cü ilin sonuna qədər Apple bütün top təchizatçılar arasında smartfon bazarında öz payında ən böyük azalmanı göstərəcək. Beləliklə, Kupertinodan olan İT nəhəngi fiziki baxımdan liderliyini yenidən Samsung-a verəcək.
Mənbə: TASS
