Ukraynanın baş naziri Aİ-nin 50 milyard avro ayırma qərarına reaksiya verib

Ukraynanın baş naziri Denis Şmıqal Avropa İttifaqının Kiyevə 50 milyard avro məbləğində əlavə yardım paketinin ayrılmasına razılıq verməsi qərarını alqışlayıb.Bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Aİ-yə üzv dövlətlər Ukrayna xalqının müharibədən sağ çıxmasını təmin etmək məqsədi daşıyan tədbirlərdə bir daha həmrəyliklərini və birliklərini nümayiş etdirirlər”, o yazıb.

Fevralın 1-də Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Aİ liderləri bir neçə il ərzində Ukraynaya 50 milyard avro yardım ayırmağa razılaşıblar.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər