28 may – Respublika günü” münasibəti ilə müğənni Aydın Saninin onlayn konsert proqramı keçirilib – Fotolarbackend

30 may 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsi məqsədilə və “28 may – Respublika günü” münasibəti ilə müğənni Aydın Saninin onlayn konsert proqramı keçirilmişdir.

Onlayn konsertdə ilk olaraq Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov gəncləri salamladı, “28 may – Respublika günü” münasibəti ilə təbrik etdi və xoş istirahətlər arzuladı.

Konsert proqramı müğənni Aydın Saninin ifasında mahnılar ilə davam etdi.

Tədbir gənclərə xoş əhval-ruhiyyə bəxş etdi.

Qeyd edək ki, onlayn konsert proqramının media dəstəyi İctimai.az informasiya portalıdır.