“Gənclər və ünsiyyət” adlı vebinar keçirilib – Fotolarbackend

“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Münasibətlər” adlı vebinar keçirilib.

31 may 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Münasibətlər” adlı vebinar keçirilmişdir.

Vebinarda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, psixoloq Fidan Azərqızı, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai Xidmətinin rəhbəri Tamerlan Əkbərov və fəal gənclər iştirak etmişlər.

Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliğ edilməsi, ideya təkliflərinin müzakirəsi, könüllü fəaliyyətlərə həvəsləndirməsi, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması olmuşdur.

Görüşdə insanlar hər növ münasibətlər haqqında söhbətlər aparılmışdır. Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür mənasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlandırılır. Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan ibarətdir. Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini qavraması şəraitində mümkün olur. Şəxsiyyətlararası münasibətlər insanların bir-birində qavradığı və qiymətləndirdiyi ustanovka, meyl, gözləmə, stereotiplər və s. sistemindən ibarətdir.

Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki, şəxsiyyətlərarası münasibətlərdə subyektiv, psixoloji amillər həll edildiyindən həmin amillər münasibətlər sistemində özünəməxsus iz buraxır. Məhz buna görə də hər bir şəxs qarşılıqlı münasibətdə olduğu adamın subyektiv mövqeyini öyrənməyə çalışır. Bu proses müxtəlif rabitə, yol və vasitələrin köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət saxlanılan şəxsin kim olduğu, onun rəğbət və yaxud əks hisslərlə ətrafdakılara münasibəti, ictimai imkanları və s. aşkara çıxarılır.

Qeyd edək ki, onlayn görüşdə 77 nəfər fəal gənc iştirak etmişdir.

İctimai.az