30 il əvvəl yoxa çıxan dəniz inəyi Cənubi Çin dənizinin sularına qayıdıbbackend

Çində nəsli kəsilmiş hesab edilən ən qədim dəniz məməlilərindən biri olan duqonq və ya dəniz inəyi Cənubi Çin dənizinin mərkəzi hissəsində son 30 ildə ilk dəfə olaraq aşkar edilib, The China Daily xəbər verir.

Məqalədə bildirilir ki, məməli iyulun 8-də Nanşa adalarında Yonşu rifi yaxınlığında Ətraf Mühitin Mühafizəsi Departamentinin patrul əməkdaşları tərəfindən aşkarlanıb. Sonrakı bir ay ərzində duqonqun ərazidəki fəaliyyəti daim nəzarətdə saxlanılıb, avqustun əvvəlində isə video sübutlar əldə edilib. Çin alimləri məxluqun dəniz inəyi olduğunu təsdiqləyiblər.

Məqalədə qeyd edilir ki, 2022-ci ildə ovçuluq, yaşayış yerlərinin itirilməsi, gəmilərin vurulması və digər insan müdaxilələri səbəbindən Çində duqonun nəsli kəsilmiş elan edilib.