Qusarda sel aparan şəxsin meyiti tapılıb
Oxu.Azxəbər verir ki, Qusarın Gündüzqala kəndi ərazisindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu sel aparıb.
Aparılan axtarışlar nəticəsində F.Rəsulovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.















