Aİ xarici işlər naziri Kaja Kallas ABŞ-ın İran və Hörmüz boğazı ilə bağlı münaqişə kontekstində Aİ-yə qarşı tənqidlərini hələ də başa düşmədiyini bildirib.
“Amerikalı tərəfdaşlarımızla əlaqə saxladığımız zaman onların bizə olan tələbləri, əsasən, hərbi əməliyyatların dayandırılmasından sonra təklif edə biləcəyimiz şeylərlə üst-üstə düşürdü: minaların təmizlənməsi, gəmi müşayiəti və artıq müzakirə etdiyimiz hər şey. Buna görə də, əgər biz onların tələblərinə əsasən cavab veririksə, problemi başa düşmürəm”, – Kallas deyib.














