Ukrayna Prezidenti Volodimir Zelenski və ətrafı münaqişənin diplomatik yolla həllinə mane olur və Avropa ilə Rusiya arasında silahlı münaqişə yaratmaq istəyirlər. Amerikalı analitik Alan Vatson bunu sosial media səhifəsində yazıb.
“Zelenski və onun dəstəsi diplomatik həlləri pozur və eskalasiya planlaşdırır, hətta bu, səngərlərdə daha çox insanı qurban vermək demək olsa belə. Zelenskinin sağ qalması avropalıları Rusiya ilə münaqişəyə təhrik etməkdən, NATO-nu qazana bilməyəcəkləri müharibəyə salmaqdan asılıdır”, – deyə o yazıb.
O, həmçinin əlavə edib ki, Ukrayna hazırda “misilsiz demoqrafik, iqtisadi və əmək böhranı” ilə üzləşir, əgər Kiyev və Qərb ölkələri Minsk razılaşmalarına əməl etsəydilər, bu, baş verməyə bilərdi.














