NATO-nun keçmiş baş katibi və Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen hesab edir ki, Avropa İttifaqının siyasi strukturu böhran dövrlərinə uyğun deyil.
O, bunu “Politico”ya verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, dünyada sürətlə inkişaf edən hadisələr baş verərkən, Aİ üzv dövlətləri tez-tez sadə bir bəyanat üzərində razılığa gələ bilmirlər.














