Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen bolqarıstanlı siyasətçi və keçmiş prezident Rumen Radevi parlament seçkilərindəki Mütərəqqi Bolqarıstan partiyasının qələbəsi münasibətilə təbrik etdi.
O, paylaşımı X sosial media səhifəsində yayımladı.
“Bolqarıstan Avropa ailəsinin qürurlu üzvüdür və ortaq problemlərimizin həllində mühüm rol oynayır. Bolqarıstanın və Avropanın çiçəklənməsi və təhlükəsizliyi üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, – fon der Leyen yazıb.
Avropa Şurasının prezidenti António Kosta da Radevi qələbəsi münasibətilə təbrik etdi. O, həmçinin qeyd etdi ki, Avropa Birliyi daxilində Radevlə işləməyi səbirsizliklə gözləyir.















