Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya ordusu münaqişə baş verərsə, hədəf siyahısını yeniləyərkən Fransanın Avropada nüvə silahı yerləşdirmək planlarını nəzərə alacaq.
Diplomat izah edib ki, Fransanın nüvə qüvvələrinin qeyri-nüvə Avropa dövlətlərindəki obyektlərə yayılmaq və oradan əməliyyat fəaliyyətlərini davam etdirmək imkanlarının elan edilməsi nəzərə alınmaqla, xüsusi diqqət tələb edən bir aspekt var.
Qruşko vurğulayıb ki, “Aydındır ki, ciddi münaqişə baş verərsə, prioritet hədəf siyahısını yeniləyərkən ordumuz bu məsələyə maksimum diqqət yetirməli olacaq”.














