Kuba ABŞ-ın regionda dominantlığına maneəyə çevrilib. Kubanın Hindistandakı səfiri Xuan Karlos Marsan Aqilera bunu RT India-dan Runjun Şarma ilə müsahibəsində bildirib.
“Kuba ABŞ-ın regionumuzda dominantlıq qurmasına maneədir. Onlar həmçinin Qərb yarımkürəsində heç bir sosialist ölkənin mövcudluğuna dözə bilmədiklərini bildiriblər”, – deyə o bildirib.
Səfir qeyd edib ki, əsas problem ABŞ-ın Kuba xalqının öz ölkələrindəki siyasi və iqtisadi sistemi müstəqil şəkildə müəyyən etmək hüququna malik olduğunu qəbul edə bilməməsidir.
Marsan Aqilera həmçinin qeyd edib ki, ABŞ qlobal dominantlıq axtarışında digər ölkələrin təbii sərvətlərini zorla ələ keçirməyə çalışır.















