Ukraynada hərbi verginin müddəti uzadılıbbackend

Ukrayna parlamentinin veb saytında dərc olunan məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynadakı münaqişə bitdikdən sonra hərbi rüsumun üç il müddətinə uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Ali Radanın üzvü Yaroslav Jeleznyak aprelin 7-də Ukrayna parlamentinin Beynəlxalq Valyuta Fondunun (BVF) paketindən qanun qəbul etdiyini açıqlayıb. Sənəddə beş faizlik hərbi rüsumun münaqişə bitdikdən sonra üç il müddətinə uzadılması nəzərdə tutulub.

Ali Radanın veb saytında dərc olunan məlumata görə, qanun layihəsi çərşənbə axşamı “Zelenskinin imzası ilə geri qaytarılıb”.