Bundestaqdakı Yaşıllar Partiyasının sədr müavini Aqneşka Brügger kansler Fridrix Merzin Ukraynaya uzun mənzilli Taurus raketlərinin tədarükü ilə bağlı mövqeyini tənqid edərək onu “yeni Olaf Şolz” adlandırıb. Bu barədə N-TV kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Taurus raketlərinin tədarükü “çoxdan gecikib”.
Brügger deyib: “Fridrix Merz bu məsələ ilə bağlı əsaslandırmaları ilə yeni Olaf Şolza çevrilib”.
Mart ayının sonunda Merz bildirib ki, Ukraynanın artıq Almaniyanın uzun mənzilli Taurus raketlərinə ehtiyacı yoxdur, çünki indi onun öz alternativi var. Siyasətçi qeyd edib ki, əvvəllər Bundesverin kifayət qədər ehtiyatı olduğunu nəzərə alaraq bu cür raketlərin Kiyevə təhvil verilməsini müdafiə edib. Lakin indi Ukrayna “əvvəlkindən daha yaxşı” silahlandığı üçün Merz hesab edir ki, artıq bu cür təchizata ehtiyac yoxdur.















