Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.
İctimai.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baş verib.
Agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində ANAMA əməkdaşı həlak olub.














