Rusiyanın Vatikandakı səfiri Papa XIV Leonun İranla bağlı açıqlamalarını qiymətləndiribbackend

Rusiya Papa Leo XIV-ün ardıcıl sülhməramlı yanaşmasına hörmətlə yanaşır. Bu barədə Moskvanın Vatikandakı səfiri İvan Soltanovski TASS müxbiri ilə söhbətində bildirib.

Diplomat qeyd edib ki, “Rusiyada Papa Leo XIV-ün ardıcıl sülhməramlı yanaşması yüksək qiymətləndirilir, hətta Müqəddəs Taxt-tacla müəyyən məsələlərə yanaşmalarımız fərqli olsa belə. Vatikanın mövqeyi bəzi dünya liderləri tərəfindən həmişə eyni anlayışla qarşılanmır”.

O, Katolik Kilsəsi liderinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə bağlı açıqlamalarını tamamilə gözlənilən kimi xarakterizə edib. Soltanovski vurğulayıb ki, bu sözlərin proqnozlaşdırıla bilməsinə baxmayaraq, onlar Amerika liderinin “həddindən artıq emosional” reaksiyasına səbəb olub.