Böyük Britaniyada “Şimal Axını 2” partlayışları ilə bağlı məhkəmə prosesi başlayıbbackend

TASS agentliyinin London məhkəməsinə istinadən verdiyi məlumata görə, İngiltərə və Uels Ali Məhkəməsi “Şimal Axını” və “Şimal Axını 2” qaz boru kəmərlərinin bombalanması ilə bağlı iş üzrə dinləmələrə başlayıb.

İddiaçı, cavabdeh olan London Lloyd’s şirkətindən 580 milyon avro sığorta ödənişi tələb edən boru kəmərinin operatoru olan “Şimal Axını”dır. Hakim Kler Moulderin sədrliyi ilə keçiriləcək məhkəmə prosesinin təxminən beş həftə davam etməsi gözlənilir.

Dinləmə sığorta ödənişlərinə yönələcək və məhkəmə boru kəmərlərini kimin partlatdığını dəqiq müəyyən etməyəcək. London Lloyd’s partlayışların ya bir dövlətin (Rusiya, ABŞ və ya Ukrayna) göstərişi ilə, ya da Moskva ilə Kiyev arasındakı hərbi münaqişə nəticəsində Ukraynadan olan qeyri-dövlət subyektləri tərəfindən həyata keçirildiyini və buna görə də sığorta polisinin istisnalarına aid olduğunu iddia edir.