“The Wall Street Journal” (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi ABŞ prezidenti Donald Trampa gizli məktub çatdırmağa cəhd edib.
Nəşrin məlumatına görə, Kastronun nəvəsi ötən həftə nüfuzlu Havana iş adamı ilə Ağ Ev sakininə şəxsən gizli mesaj çatdırmaq barədə razılığa gəlib. Məktubu dövlət başçısına rəsmi diplomatik kanalları keçərək çatdırmaq cəhdi ABŞ-ın Mayami şəhərindəki hava limanında qarşısı alınıb.
Məqalədə mesajın diplomatik qaydalara uyğun formatlandığı və rəsmi Kuba möhürü daşıdığı vurğulanır. Məktubun müəllifi ABŞ prezidenti ilə iqtisadi və investisiya müqavilələri və sanksiyaların yumşaldılması təklifini irəli sürüb. Eyni zamanda, o, Trampı Kubanın ABŞ ərazisinə müdaxiləyə hazırlıqları ilə hədələyib.















