Meqan Markl özünü dünyanın ən çox zorakılığa məruz qalan insan adlandırıbbackend

BBC-nin məlumatına görə, Sasseks hersoginyası Meqan Markl özünü dünyanın ən çox zorakılığa məruz qalan insan adlandırıb.

Meqan Markl Şahzadə Harri ilə Avstraliyaya səfəri zamanı sosial medianın zərərləri ilə bağlı keçirilən konfransda çıxış edib. Sasseks hersoginyası on il ərzində hər gün zorakılığa məruz qaldığını bildirib. O, etiraf edib ki, o dövrdə dünyanın ən çox zorakılığa məruz qalan insanı olub.

Şahzadə Harrinin həyat yoldaşı da texnologiya şirkətlərinin onlayn zorakılığı dayandırmaq üçün “heç bir stimulu” olmadığını bildirib. Bu səbəbdən Meqan Markl Avstraliya hökumətinin 16 yaşdan kiçiklər üçün sosial mediaya qadağa qoymasını dəstəkləyib.

Əri əlavə edib ki, o, ölkənin uşaqlar üçün sosial mediaya qadağa qoymasının “böyük” bir qərar olduğuna inanır.