“Daily Star” qəzetinin məlumatına görə, ABŞ Konqres üzvü Anna Paulina Luna Pentaqonu UNO-lar və hərbi bazaların yaxınlığında yadplanetlilərin fəaliyyəti ilə bağlı həqiqəti gizlətməkdə günahlandırdı.
Qanunvericinin sözlərinə görə, Müdafiə Nazirliyindən 14 aprelə qədər təxminən 50 UFO videosunu yayımlamalı idi. O, bu ayın əvvəlində Müdafiə naziri Pit Heqsetə müvafiq görüntüləri yayımlamaq üçün birbaşa əmr verdiyini xatırladıb. Lakin Pentaqon bu tələbi qulaqardına vurub.
“Görünür, kimsə sadəcə məktubu müvafiq orqanlara göndərməyib”, Luna qeyd edib.
O, qeyd edib ki, ABŞ prezidenti məxfi materialların yayımlanmasına icazə verib, lakin Müdafiə Nazirliyi cavab verməyib.















