Beynəlxalq Enerji Agentliyi Hörmüz boğazı səbəbindən qiymət artımı proqnozlaşdırıbbackend

Beynəlxalq Enerji Agentliyinin (BEA) direktoru Fatih Birol “Die Neue Zürcher Zeitung” qəzetinə verdiyi müsahibədə gəmilərin Hörmüz boğazından sərbəst keçidi tezliklə bərpa olunmazsa, enerji qiymətlərinin kəskin şəkildə artacağı barədə xəbərdarlıq edib.

O, bazarın uzun müddət davam edən tıxanmanın əhəmiyyətini az qiymətləndirdiyini qeyd edib.

“Əgər yenidən açılmasa, enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına hazırlaşmalı olacağıq”, – deyə Birol bildirib.