Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi RİA Novosti agentliyinə bildirib ki, Pakistanın Baş naziri Şehbaz Şərif 2026-cı ilin birinci yarısında Rusiyaya səfər etmək niyyətindədir.
O qeyd edib ki, Pakistan tərəfi bu səfərin mümkün qədər tez baş tutması üçün fəal şəkildə çalışır.
“Baş nazir Şərifin Rusiya və Prezident Vladimir Putinlə xüsusi münasibətləri var. Onlar Çində və Türkmənistanda bir neçə dəfə görüşüblər. Baş nazir Moskva və Sankt-Peterburqa səfərini səbirsizliklə gözləyir”, – səfir bildirib.















