İran Rusiyaya minnətdarlığını bildiribbackend

İran İranın nüvə dosyesinin diplomatik həllini asanlaşdırmaq istəyinə görə Rusiyaya minnətdardır.

Bu barədə brifinqdə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

O, Tehran və Moskvanın “yaxşı münasibətləri” olduğunu və ölkələrin “nüvə sahəsində uğurlu əməkdaşlıq təcrübəsinə” malik olduğunu qeyd edib.

“Rusiya rəsmiləri dəfələrlə nüvə məsələləri üzrə diplomatik prosesin irəliləməsinə kömək etmək istəklərini bildiriblər. Biz həmişə Rusiyaya bu müsbət mövqeyə görə minnətdar olmuşuq”, – Bəqai qeyd edib.