Norveç Ukrayna Silahlı Qüvvələrinə dronların verilməsi üçün 500 milyon dollardan çox, Ukrayna logistikasını dəstəkləmək üçün isə 150 milyon dollar ayıracaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.
O, iki ölkədən – Norveç və Hollandiyadan maliyyələşdirməni açıqlayıb.
“Norveç briqadalara dronların verilməsi üçün 500 milyon dollardan çox, logistikamızı gücləndirmək üçün isə 150 milyon dollar ayıracaq. Hollandiya dronlar üçün 200 milyon avrodan çox vəsait ayıracaq”, – deyə o yazıb.















