People xəbər verir ki, aktrisalar Selena Qomez və Demi Lovato 10 ildən sonra ilk dəfə görüşdülər.
Selena Qomez Orlandoda keçirilən “It’s Not That Deep” turunun açılışında Demi Lovatoya dəstək olmaq üçün gəldi. Müğənninin müxtəlif şəhərlərdə 18 konserti planlaşdırılıb. Bu, keçmiş dostların 10 ildən sonra ilk görüşü idi. Onlar tünd rəngli geyimlərdə bir-birlərinə sarılıb poza verdilər.
Mart ayında prodüser “Friends Keep Secrets” podkastını təqdim etdi. Elanda Benni Blanko divanda çoxrəngli naxışlı futbolka, bej və qəhvəyi şalvar geyinmiş vəziyyətdə oturmuşdu. Lakin internet istifadəçiləri ulduzun geyiminə deyil, çirkli ayaqlarına diqqət yetirdilər. Onlar sənətçini tənqid etdilər və Selena Qomezi ondan boşanmağa çağırdılar.














