Hacıqabul Quşçuluq Şirkətində könüllü qanvermə aksiyası keçiriləcəkbackend

Aprelin 21-də Hacıqabul Quşçuluq Şirkətinin dəstəyi ilə, Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçiriləcək.

Aksiya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutacaq. Toplanan qan ehtiyatı müvafiq tibbi müayinədən keçirildikdən sonra talassemiyadan əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunacaq.

Həmrəy olaq – qanımızla yaşadaq!