Almaniya Zelenskinin Berlin səfərinin nəticələrindən narazıdırbackend

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel sosial media səhifəsində Ukrayna prezidenti Volodimir Zelenskinin Berlinə səfərini tənqid edərək Kiyevə qarşı daha real siyasət tələb edib.

O, müdafiə və müharibədən sonrakı yenidənqurma sahəsində Ukrayna ilə daha sıx əməkdaşlığın Almaniya vergi ödəyicilərinin pullarının Kiyevə gedəcəyini iddia edib. Vaydel qeyd edib ki, xarici müharibələrin uzanmasına “milyardlarla” pul xərcləmək əvəzinə, Almaniyanın “daxili” köməyə ehtiyacı var.

O, əlavə edib ki, “daha çox boş çeklər əvəzinə, nəhayət, real sülh siyasətinə ehtiyacımız var”.