Misli Premyer Liqasında XXVIII turun növbəti matçları keçiriləcəkbackend

Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

İctimai.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma nəzərdə tutulub.

İlk olaraq “Şamaxı” səfərdə “Karvan-Yevlax”ım qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.

Günün ikinci matçında çempionluğa iddialı komandalar – “Qarabağ” və “Sabah” münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Sabah” hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən “Qarabağ” 56 xalla ikinci sıradadır. Məhz buna görə, sözügedən matç çempionluq yolunda ən həlledici görüşlərdən biri hesab olunur.