FİFA prezidenti Canni İnfantino turnir tarixində ilk dəfə olaraq 2026-cı il Dünya Kuboku finalında böyük fasilə şousunun keçiriləcəyini açıqladı.
“Tarixdə ilk dəfə olaraq, 19 iyulda Nyu-Cersidə keçiriləcək Dünya Kuboku finalında fasilə şousu keçirəcəyik. Hələlik kimin çıxış edəcəyini dəqiq deyə bilmərəm, amma bir neçə ifaçı olacaq. Bu, Yer kürəsindəki ən böyük şou olacaq – fantastik”, – deyə İnfantino bildirib.
Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Əvvəllər bildirilirdi ki, Yaxın Şərqdə artan münaqişə və ABŞ-ın iştirakı fonunda İran milli komandası Dünya Kubokundan çıxa bilər. Daha sonra bildirildi ki, İran FIFA ilə komandanın oyunlarını ABŞ-dan Meksikaya köçürmək imkanını müzakirə edir.












