Lukaşenko Belarus ərazisindən hərbi əməliyyatların mümkünlüyünü istisna etdibackend

Belarus ərazisindən Polşa və Litvaya qarşı müharibələrdən söhbət belə gedə bilməz. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə verdiyi müsahibədə bildirib.

Liderin sözlərinə görə, onun vəzifəsi qonşu ölkələri – Estoniya, Latviya, Litva, Polşa və Ukraynanı Belarusa qarşı təcavüz etməmək barədə xəbərdar etməkdir.

“Belarus ərazisindən Polşa və Litvaya qarşı heç bir müharibə mümkün deyil. Bizim bunu etmək niyyətimiz yoxdur. Əgər bu müharibəyə cəlb olunmasaq, cavab vermək məcburiyyətində qalmayacağıq”, – Lukaşenko bildirib.