Yaponiyada zəlzələ səbəbindən təxminən 200 min sakinə təxliyə əmri verilibbackend

Yaponiyada zəlzələ səbəbindən 180.000 nəfərin təxliyə edilməsi əmri verilib. Bu barədə Kyodo News Agentliyi yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.

Beş prefekturada: Hokkaydo, Aomori, İvate, Miyagi və Fukuşimada 7,7 bal gücündə zəlzələ səbəbindən 182.000 nəfərin təxliyə edilməsi əmri verilib.

Əvvəllər bu prefekturaların 156 sakini üçün təxliyə elan edilmişdi.