Ukrayna artıq Rusiyanın münaqişədəki qələbəsini necə rəsmiləşdirəcəyini düşünür.
RİA Novosti xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Ümumrusiya Bələdiyyə Xidməti Mükafatında ölkənin bələdiyyə icmasının nümayəndələri ilə görüşündə bildirib.
Nijni Novqorod Şəhər Dumasının sədri Yevgeni Çintsov dövlət başçısına müraciət edərək qeyd edib ki, “düşmən” də daxil olmaqla, heç kim Rusiyanın xüsusi hərbi əməliyyatdakı (XHƏ) qələbəsinə şübhə etmir. Rusiya lideri cavab olaraq bildirib ki, “onlar sadəcə olaraq hər şeyi necə rəsmiləşdirəcəklərini düşünürlər”.
“Bütün bunların necə bitəcəyini bilirik, amma bu barədə heç bir açıqlama verməyəcəyik. Sadəcə olaraq qarşımıza qoyduğumuz məqsədləri həyata keçirəcək və onlara nail olmağa çalışacağıq”, – deyə Putin əlavə edib.














