Qazaxıstan “Drujba” boru kəməri ilə neft tranzitinin mümkünsüzlüyü barədə siqnal alıbbackend

Qazaxıstan may ayında Drujba boru kəməri ilə yanacaq daşınmasının mümkünsüzlüyü barədə qeyri-rəsmi məlumat alıb.

Bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.

“Mən bu məlumatı qeyri-rəsmi mənbələrdən aldım”, – deyə o bildirib və əlavə edib ki, Rusiyadan hələlik rəsmi açıqlama olmayıb.

Onun sözlərinə görə, may ayında Atırau-Samara vasitəsilə Drujba boru kəməri istiqamətində və oradan Şvedtdəki neft emalı zavoduna tranzit sıfır olacaq. Bu, onun Drujba boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə qoyulan məhdudiyyətlərlə bağlı suala cavabı olub.