Avropa Komissiyası fon der Leyenə qarşı hərəkətlərini haqlı çıxarmağa çalışırbackend

Bloomberg agentliyinin Aİ sözçüsü Paula Pinho və adı açıqlanmayan türk diplomatına istinadən verdiyi məlumata görə, Avropa Komissiyası (AK) prezidenti Ursula fon der Leyenin Türkiyə ilə bağlı mübahisəli açıqlamasını əsaslandırmağa çalışır.

Məqalədə qeyd olunur ki, 19 apreldə fon der Leyen Aİ-nin genişlənməsindən danışarkən, onun bütün Avropa qitəsini əhatə etməli olduğunu və Rusiya, Türkiyə və ya Çinin guya ona heç bir təsir göstərə bilməməsini bildirib. Türkiyəli mənbəyə görə, Ankara daha sonra AK-ya medianın AK prezidentinin sözlərini dəqiq şəkildə çatdırıb-yayımlamadığını aydınlaşdırmaq üçün sorğu göndərib.

Məqalədə deyilir: “Avropa Komissiyası bəyanatın kontekstdən çıxarıldığını və aydınlaşdırılacağını bildirib”.