Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin Kiyevə yardım ayırmasına münasibət bildiribbackend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, heç kim Ukraynaya ayrılan yüz milyardlarla avro yardım barədə Aİ vətəndaşlarından soruşmur.

Onun sözləri TASS-a istinadən xəbər verir.

Zaxarovanın sözlərinə görə, bu fonda Aİ ölkələri kol əkməklə bağlı referendumlar keçirir.

“Küçəyə nə ad vermək, nəqliyyatın necə istiqamətləndirilməsi, hansı istiqamətə getmək, hansı kol əkmək barədə referendumlar keçirilir. Və burada dünya nizamının, daha doğrusu, nizamsızlığın qlobal məsələləri var: silah təchizatı, terrorçuların ən son silah sistemləri ilə təchiz edilməsi, dəlicəsinə pul iynələri və heç bir Aİ vətəndaşından bunun zəruri olub-olmadığı, doğru və ya yanlış olub-olmadığı soruşulmayıb”, – deyə o bildirib.