Çin İranın “Tuska” gəmisini ələ keçirməsindən sonra ABŞ-a “polad əjdahalar”la cavab verdibackend

aif.ru saytının məlumatına görə, İranın “Touska” gəmisinin Amerika qüvvələri tərəfindən ələ keçirilməsinə cavab olaraq Çin nümayişkaranə şəkildə Hörmüz boğazına üç hərbi gəmi göndərib.

Nəşr qeyd edir ki, “Tangshan” esminesi, “Daqing” freqatı və “Taihu” təchizat gəmisi Yaxın Şərqə doğru gedir.

Hərbi ekspert Vasili Dandıkinin sözlərinə görə, Çinin “polad əjdahaları”nın Hörmüz boğazında peyda olması kortəbii bir qərar deyil, diqqətlə hesablanmış geosiyasi bir addımdır. Bu addım Çinin iqtisadi maraqlarını qorumaq üçündür.

Dandıkin hesab edir ki, ABŞ regionda Amerika donanmasının sayca üstünlüyünə baxmayaraq, Çin gəmilərinə hücum etmək riskini daşımayacaq.