ABŞ NATO müttəfiqlərinin “qara siyahısı”nı hazırlayıbbackend

“Politico” üç avropalı diplomata və ABŞ Müdafiə Nazirliyinin rəsmisinə istinadən xəbər verir ki, Tramp administrasiyası NATO müttəfiqlərini “nümunəvi” və “pis” kimi təsnif edib.

Diplomatlar arasında “Ağ Evin yaxşı və pis müttəfiqlərin siyahısı var”, – deyə diplomatlardan biri qeyd edib.

Mənbələr mediaya bildiriblər ki, Tramp administrasiyası İranla müharibəni dəstəkləməkdən imtina edən müttəfiqləri cəzalandırmağın yollarını axtarır və siyahı NATO rəhbəri Mark Ruttenin aprel ayında Vaşinqtona səfərindən əvvəl hazırlanır.