Drujba boru kəməri ilə Slovakiyaya neft tədarükü bərpa olunubbackend

“Drujba” boru kəməri ilə Slovakiyaya neft tədarükü bərpa olunub.

Bu barədə Slovakiyanın İqtisadiyyat naziri Denisa Sakova özünün Facebook səhifəsində məlumat verib.

Bəyanatda deyilir: “Bu gün, saat 2:00-dan etibarən “Drujba” boru kəməri ilə Slovakiyaya neft tədarükü bərpa olunub. Tədarüklər razılaşdırılmış plana uyğun olaraq davam edir”.

Dünən Ukrayna “Drujba” boru kəməri ilə neft tədarükünün bərpa olunduğunu elan edib. Macarıstanın neft və qaz şirkəti MOL Ukrayna operatoru “Ukrtransnafta”dan Rusiyadan Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyə hazır olduğunu təsdiqləyən mesaj alıb.