ABŞ-da aqressiv tullanan qurdların yayılması barədə məlumat verilibbackend

Yerli Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, ABŞ-ın Kolorado ştatında aqressiv invaziv qurdların yayılması aşkar edilib.

“Tullanan qurdların yayılmasının qarşısını almaq ştatımızda sağlam torpaqları və yerli bitkiləri qorumaq üçün vacibdir”, – deyə Kolorado Kənd Təsərrüfatı Departamentinin Bitki Sənayesi Bölməsinin direktoru Vondirad Gebru bildirib və qeyd edib ki, bu qurdları məhv etmək üçün effektiv metodlar yoxdur.

Kənd Təsərrüfatı Departamenti qeyd edir ki, hiperaktiv mövsümdə tullanan qurdlar bitki köklərinə zərər verir və torpağın qurumasını sürətləndirir, sözdə “qida çatışmazlığı paradoksu” yaradır – kimyəvi elementlər torpaqda mövcuddur, lakin bitkilər üçün əlçatmaz olur.